Azərbaycan Milli Konservatoriyasının xalq çalğı alətləri kafedrasının müəllimi, qanun ifaçısı Natəvan Həsənova ABŞ-da “American Protege International Concerto Competition 2015” beynəlxalq müsabiqəsində birinci yerə layiq görülüb. Müsabiqə Nyu-York şəhərindəki “Carnegie Hall”da keçirilib.
Bir çox ölkələrdən musiqiçilərin iştirak etdikləri müsabiqədə N.Həsənova yüksək ifaçılıq məharətinə görə də mükafatlandırılıb. Ona “Best Perfomance Award” diplomu təqdim edilib.
Natəvan Həsənova Azərbaycan Milli Konservatoriyasında qanun müəllimi və Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının xalq çalğı alətləri ansamblının solistidir.