Oktyabrın 10-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Xalq artisti, Dövlət mükafatları laureatı, professor, mərhum dirijor Nazim Rzayevin (1925-1992) xatirəsinə həsr olunmuş konsert keçiriləcək.
Konsertdə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış edəcək. Orkestrin bədii rəhbəri və baş dirijoru Xalq artisti Teymur Göyçayevdir.
Gecədə Üzeyir Hacıbəylinin "Arazbarı" simfonik muğamı, "Sənsiz" romansı, Fikrət Əmirovun "Poema monoloq" və "Muğam poeması" simfonik əsərləri, Qara Qarayevin "İldırımlı yollarla" baletindən musiqi parçası, P.İ.Çaykovskinin vals və romansları səsləndiriləcək.