“Vasif Adıgözəlovun 80 illik yubileyinin keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin sərəncamının icrası ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil edilən musiqi festivalı davam edir.

Oktyabrın 28-də festival çərçivəsində Beynəlxalq Muğam Mərkəzində "Vasif Adıgözəlovun mahnı çələngi" adlı konsert proqramı təqdim olunub. Konsertdə Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin Tofiq Əhmədov adına estrada simfonik orkestrinin kiçik heyəti iştirak edib.
Tədbirdə sənətşünaslıq üzrə elmlər doktoru, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Ceyran Mahmudova çıxış edərək Vasif Adıgözəlovun bənzərsiz yaradıcılığından söhbət açıb. Qeyd olunub ki, müasir musiqi tariximizdə böyük iz qoyan bəstəkar yaradıcılığında bir çox janrlara müraciət edib, gözəl və orijinal əsərlər yaradıb. Bəstəkarın “Yenə o bağ olaydı”, "Təkcə səndən xoşum gəlir", “Şuşam”, “Sahilə gəl”, "Naz-naz", "Qərənfil" və digər lirik mahnıları indi də xanəndələrimizin repertuarını bəzəyir.
Proqramda əvvəlcə dirijor Cavad Tağızadənin bədii rəhbərliyi ilə orkestr heyətinin repertuarında “Nənəmin şahlıq quşu” musiqili komediyasından uvertüra səsləndirilib. Daha sonra görkəmli bəstəkarın “Damlalar”, “Gözləməsin neyləsin”, “Lirik mahnı”, “Naz-naz”, “Sahilə gəl”, “Bakı”, “Qərənfil”, “Şuşam laylay” və başqa əsərləri ifa olunub.
Konsert tamaşaçı auditoriyası tərəfindən böyük maraqla qarşılanıb.
Oktyabrın 29-da Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında "Vasif Adıgözəlova ithaf" adlı musiqi axşamı keçirilib. Konsertdə "Bakı sinfonietta" orkestri (dirijor Cavad Tağızadə) çıxış edib.
Oktyabrın 30-da Azərbaycan Dövlət Filarmoniyasında bəstəkarın 80 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar