Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi və Yasamal rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan dilinin inkişaf tarixi” mövzusunda tədbir keçirilib.
1 avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yasamal rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə çıxış edənlər Ulu öndər Heydər Əliyevin Azərbaycan dilinin inkişafı, onun tətbiqi sahəsinin genişləndirilməsi və dilin qorunması istiqamətində göstərdiyi tarixi xidmətlərdən danışıblar. Ümummilli liderin siyasi xəttinin bu gün Prezident İlham Əliyev tərəfindən inamla davam etdirildiyi vurğulanıb.
Tədbirdə mövzu ilə əlaqədar videoçarx nümayiş olunub və “Azərbaycan dilinin inkişafında Heydər Əliyevin rolu” adlı mühazirə dinlənilib.