Noyabrın 11-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) məktəb-studiyasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə nəşr olunmuş altı yeni dərs vəsaitinin təqdimatı keçiriləcək. Təqdimat mərasimi dahi bəstəkar Üzeyir Hacıbəylinin 130 və akademiyanın eksperimental məktəb-studiyasının 35 illiyinə həsr olunub.
Təqdim olunan nəşrlərin elmi redaktorları Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli və məktəb-studiyasının direktoru, Əməkdar incəsənət xadimi, professor Tərlan Seyidovdur. Nəşrlər Bakı Musiqi Akademiyasının elmi-metodik və eksperimental bazası olan məktəb-studiyanın çoxillik yaradıcı axtarışlarının nəticəsidir.
Tədbirdə yeni nəşrlərin tədris prosesində nəticələrini nümayiş etdirəcək məktəb-studiyanın şagirdləri də konsert proqramı ilə çıxış edəcək.