Aygün Səmədzadənin yaradıcılıq gecəsi

Dekabrın 1-də Heydər Əliyev Sarayında Əməkdar incəsənət xadimi, bəstəkar Aygün Səmədzadənin “Biri varmış, biri yoxmuş” adlı sənət gecəsi keçiriləcək.
Heydər Əliyev Sarayından bildirilib ki, gecədə Xalq artisti Teymur Göyçayevin rəhbərlik etdiyi Qara Qarayev adına Dövlət Kamera Orkestrinin müşayiəti ilə bəstəkarın populyar mahnıları, simfonik əsərləri və xoreoqrafik kompozisiyaları təqdim olunacaq.
Xatırladaq ki, Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı bir sıra televiziya layihələrinin ideya müəllifi və rəhbəri olmuş bəstəkar müxtəlif vokal-xoreoqrafik kompozisiyalarla yanaşı, bir çox tanınmış müğənnilərin repertuarında yer alan yüzədək mahnının müəllifidir.