Dekabrın 15-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində görkəmli xanəndə, Xalq artisti Qədir Rüstəmovun 80 illiyinə həsr olunmuş yubiley konserti keçiriləcək.
Konsertdə Qədir Rüstəmovun həyat və yaradıcılıq yolundan, Azərbaycan ifaçılıq sənətinin inkişafına verdiyi dəyərli töhfələrdən söz açılacaq. Gecədə xanəndənin repertuarından olan mahnılar səsləndiriləcək.