Dekabrın 3-də Heydər Əliyev Sarayında Beynəlxalq Əlillər Gününə həsr olunmuş konsert keçirilib.
Sarayın təşkilatçılığı ilə keçirilən konsertdə tanınmış müğənnilərlə yanaşı, fiziki qüsurlu istedadlı ifaçılar Murad Sadıq, Minayə Şirinova, Polad Həsənov, Kifayət Mikayılova, Vüsalə Əliyeva, Xatirə Hacıyeva, Məhəmməd Abışov, Rövşən Manafov, Ağaməli Niftəlizadə, Gülnaz Talıbova da iştirak ediblər. Müğənniləri səhnədə Əsəd Əliyevin rəhbərliyi ilə fiziki qüsurlulardan ibarət “Duyğu” xalq çalğı alətləri ansamblı müşayiət edib.