Tanınmış skripkaçı Almaniyada çıxış edəcək
Tanınmış azərbaycanlı skripkaçı Nəzrin Rəşidova Almaniyada “Zamanın sonu” (“Das Ende der Zeit”) adlı konsert proqramı ilə çıxış edəcək. Musiqiçinin saytında məlumat verilir ki, o, yanvarın 13-də Almaniyanın Bayroyt şəhərində “Steingraber Haus”un kamera musiqisi zalında, ayın 15-də Şvabax şəhər muzeyində, 16-da isə Bamberq şəhərində “Spiegelsaal der Harmonie” məkanında konsert verəcək. Nəzrin Rəşidova Daniel Qrimvud (fortepiano), Sarah Oliver (violonçel), Kristof Vindiş (klarnet) ilə birgə çıxış edəcək.