Praqadan mükafatlarla qayıdıblar

Yanvarın 5-dən 8-dək Çexiyanın paytaxtı Praqada IV Beynəlxalq İncəsənət Festival-Müsabiqəsi keçirilib. Layihənin təşkilatçıları İsveç Gənclər Musiqi Assosiasiyası və “Xalq İncəsənəti” beynəlxalq təşkilatıdır. Tədbirdə İsveç, Çexiya, Ukrayna, Gürcüstan, Azərbaycan və Rusiyadan 3 yaş qrupu üzrə musiqiçilər iştirak edib.
Müsabiqədə ölkəmizi Bakı şəhəri Suraxanı rayonu 3 saylı uşaq incəsənət məktəbinin fortepiano ixtisası üzrə VI sinif şagirdi Şəkərxanım Cavadzadə təmsil edib. O öz yaş qrupunda çıxış edərək, 13 iştirakçı arasından Qran-pri mükafatına layiq görülüb.
Bundan başqa, 3 nömrəli uşaq incəsənət məktəbinin məzunu olmuş, hazırda Bakı Musiqi Akademiyasının IV kurs tələbəsi Nilufər Cəfərli də öz yaş qrupunda fərqli çıxışı ilə Qran-pri qazanıb.
Müsabiqədən sonra ölkəmizin Çexiyadakı səfirliyinin əməkdaşları azərbaycanlı iştirakçıları qazandıqları uğurlara görə təbrik edib.