Yanvarın 15-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Milli Konservatoriyasının dosenti, Əməkdar artist, tanınmış tarzən Həmid Vəkilovun yaradıcılıq gecəsi keçiriləcək.
Tədbirdə sənətkarın yaradıcılığından, tar ifaçılığı sənətimizin zənginləşməsinə verdiyi töhfələrdən söz açılacaq. Tədbir konsert proqramı ilə davam edəcək.
Qeyd edək ki, tarzən H.Vəkilov bu alətə bir sıra texniki yeniliklər əlavə edərək onu daha da təkmilləşdirib.