İspaniyanın Lloret De Mar şəhərində “Gran Fiesta” festivalı keçirilib. Festivalda ölkəmizi Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan Rauf Hacıyev adına 15 nömrəli onbirillik musiqi məktəbinin fortepiano şöbəsinin şagirdləri təmsil edib.
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən bildirilib ki, müsabiqənin nəticələrinə görə musiqi məktəbinin şagirdləri Cəmil Sadıqzadə, Jalə Mailova, Nəzrin Nəzirli I dərəcəli, Xədicə Abdullayeva və Zəminə Kərimova isə II dərəcəli diploma layiq görülüb.