Sumqayıt şəhər Qara Qarayev adına uşaq musiqi məktəbinin nəzəriyyə şöbəsinin müəllim kollektivi tərəfindən şəhərdəki 10 saylı “Qar qız” körpələr evində musiqinin təbliği məqsədilə “Musiqili qövsi-qüzeh” adlı tədbir keçirilib.
Tədbirdə musiqi məktəbinin təlim-tərbiyə işləri haqqında uşaqlara məlumat verilib. Musiqi alətləri və not haqqında bilgilər diqqətə çatdırılıb. Ritmik hərəkətlərin göstərilməsi uşaqların daha da maraqlarına səbəb olub.