Fevralın 12-də Heydər Əliyev Sarayında “Mən gəncəm” adlı konsert proqramı keçiriləcək. Saraydan bildirilib ki, konsertdə gənc ifaçılar yeni, maraqlı və fərqli proqramla çıxış edəcəklər. Proqramda istedadlı müğənnilər Nurlan Növrəsli, Cəlal Abbasov, Məryəm Şabanova, Elvin Abdullayev, Səidə Sultan və başqaları iştirak edəcək.