Yanvarın 25-də Zaqataladakı Heydər Əliyev Mərkəzində rayon uşaq incəsənət məktəbinin tədris ilinin birinci yarımilinə dair hesabat konserti keçirilib.
Məktəbin direktoru Fərhad Acırqayevin giriş sözündən sonra söz musiqiyə verilib. Məktəbin xor kollektivinin çıxışı, tar, kamança, skripka, qarmon, fortepianoda ifa olunun musiqilər, solo ifalar tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. 350 nəfərin iştirak etdiyi konsert proqramı hamıda xoş təəssürat yaradıb.