Fevralın 5-də Azərbaycan Dövlət Filarmoniyasında dahi Azərbaycan bəstəkarı Qara Qarayevin xatirəsinə həsr olunmuş konsert keçiriləcək. Gecədə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək. Solist beynəlxalq müsabiqələr laureatı, violin ifaçısı Elvin Hoca Qəniyevdir.
Proqrama Qara Qarayev və Fərəc Qarayevin “Quasi una fantasia”, Qara Qarayevin “2 saylı simfoniya”, Dmitri Şostakoviçin “Violin və simfonik orkestr üçün 1 saylı konsert” əsərləri daxildir. Orkestrin bədii rəhbəri və baş dirijoru Xalq artisti Rauf Abdullayevdir.