Madriddəki Kraliça Sofiya adına Musiqi Akademiyasında kamera musiqisi konserti keçirilib. Konsertdə akademiyanın digər tələbələri ilə bərabər azərbaycanlı Kamran Ömərli də çıxış edib.
Gənc skripkaçımız, türk pianoçu İzem Gürer və ispan violonçel ifaçısı Paula Brizuela Dmitri Şostakoviçin trio üçün yazılmış əsərini ifa ediblər.