Sənətçilərimiz Moskvada festivalda iştirak ediblər

Moskva şəhərindəki Vsevolod Meyerxold adına Mərkəzdə “Teatrın təməlində musiqi” festivalı keçirilib. Festival çərçivəsində yanvarın 30-da “Məhəbbət hekayəsi” adlı konsert-tamaşa nümayiş olunub.
Konsert-tamaşada səhnəyə Rusiyanın görkəmli musiqiçiləri ilə yanaşı, tanınmış Azərbaycan sənətçiləri də çıxıblar. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə respublikanın əməkdar artistləri - vokalçı Fəridə Məmmədova və pianoçu Gülşən Ənnağıyeva konsert-tamaşada çıxış ediblər.