Beynəlxalq müsabiqələr laureatı, gənc bəstəkar Tural Məmmədli Rusiyanın Beynəlxalq Humanitar Dilçilik İnstitutunun teatr və kino kafedrasının təşkil etdiyi teatr festivalında iştirak edir. Festival yanvarın 29-da başlayıb. Fevralın 6-da gənc bəstəkarın Jan Batist Molyerin “Tartüf” tamaşasına yazdığı musiqinin premyerası olacaq. Fevralın 9-da isə institutda yaradıcı heyətlə görüş keçiriləcək.
Qeyd edək ki, 2014-cü ilin oktyabrında Macarıstanın Balatonfüred şəhərində keçirilən XIV “Qızılı payız” beynəlxalq müsabiqəsində bəstəkarın “Tünd rənglərin parıltısı” əsəri baş mükafata layiq görülmüşdü. Bu müsabiqədə iştirakı zamanı bəstəkarın yaradıcılığı Rusiyanı təmsil edən teatr truppasının diqqətini cəlb etmiş və ona işbirliyi təklif olunmuşdu. Səfər Gənclər Fondunun dəstəyi ilə həyata keçirilir.