Aprelin 17-də Xalq artisti Alim Qasımov Sinqapurda geniş konsert proqramı ilə çıxış edəcək.
Xanəndənin mətbuat katibi Səadət Möhübova bildirib ki, konsertdə xanəndə, qızı - Əməkdar artist Fərqanə Qasımova ilə eyni səhnəni bölüşəcək. Dünya şöhrətli xanəndəni gənc ifaçılardan ibarət instrumental trio qrupu - kamançada Rauf İslamov, tarda Zəki Vəliyev, nağarada Cavidan Nəbiyev müşayiət edəcək.
Konsertdə Azərbaycan muğam və təsnifləri ilə yanaşı, xalq və bəstəkar mahnıları da səsləndiriləcək.