Fevralın 13-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında görkəmli müğənni, pianoçu, Xalq artisti, professor Rauf Atakişiyevin anadan olmasının 90 illiyinə həsr olunmuş xatirə gecəsi keçiriləcək. Gecədə sənətkarın həyat və yaradıcılığından, Azərbaycan musiqi mədəniyyəti tarixində xidmətlərindən söz açılacaq.
1915-ci il iyulun 15-də Göyçayda dünyaya gələn Rauf Atakişiyev uzun müddət Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, lirik-dramatik tenor kimi fəaliyyət göstərib. “Arşın mal alan” (1965), “O olmasın, bu olsun” bədii filmlərində onun ecazkar səsi yaddaşlara həkk olunub.
O həmçinin 45 il müddətində Azərbaycan Dövlət Konservatoriyasının kafedra müdiri vəzifəsində çalışıb. Konservatoriyada özünəməxsus fortepiano məktəbini yaradıb. R.Atakişiyevin tələbələri arasında xalq artistləri Rafiq Babayev, Yalçın Adıgözəlov, Murad Adıgözəlzadə, Əməkdar incəsənət xadimi Ülviyyə Hacıbəyova və başqaları var. Azərbaycanda tanınmış ifaçılar nəslinin yetişməsində əvəzsiz rola malik olan R.Atakişiyev 1994-cü il fevralın 3-də vəfat edib.
Yubiley gecəsində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək.