Heydər Əliyev Sarayında uşaqlar üçün konsert

Fevralın 21-də Heydər Əliyev Sarayında “Hər biriniz bir çiçək” adlı uşaqlar üçün konsert proqramı təşkil ediləcək.
Sarayın mətbuat xidmətindən verilən məlumata görə, musiqili-əyləncəli proqramda uşaqları “Aysel”, “Zirvə”, “İstedad”, “Azəri inciləri” və “Renessans” kollektivlərinin iştirakı ilə rəngarəng rəqslər, çıxışlar gözləyir. Konsertin biletlərini şəhərin kassalarından əldə etmək olar.