Estoniyanın “Köhnə şəhər” (“Vanalinna Segakoor”) qarışıq xoru Bakıda konsert proqramı ilə çıxış edəcək. Birinci konsert fevralın 25-də Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında, ikinci konsert isə Bakıdakı kilsələrin birində təşkil olunacaq.
1996-cı ildə fəaliyyətə başlamış “Köhnə şəhər” qarışıq xoru beynəlxalq musiqi aləmində öz sözünü demiş kollektivlərdən biridir. Qrup bir çox ölkələrdə qastrol səfərlərində olub. Bu, 30 nəfərdən ibarət kollektivin Azərbaycana ilk səfəridir. Xorun solistləri Kristel Aer (orqan), Kaia Urb (soprano), dirijorlar Lauri Aav və Katrin Puusaaqdır. Konsertdə dünya klassik və Estoniya bəstəkarlarının əsərləri, eləcə də folklor musiqisi səsləndiriləcək.