Martın 4-də Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin konsert zalında 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə “Səhnəyə ilk addım” adlı konsert keçiriləcək.
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və G.Şaroyev adına 35 nömrəli 11 illik musiqi məktəbinin təşkilatçılığı ilə keçirilən ənənəvi konsertdə paytaxtın uşaq musiqi və incəsənət məktəblərində təhsil alan 1-ci sinif şagirdləri çıxış edəcək.
Tədbir çərçivəsində Mərkəzi İncəsənət Məktəbinin 1-ci sinif şagirdlərinin əl işlərindən ibarət sərgi də nümayiş olunacaq.