Heydər Əliyev Sarayı bayram tətili günlərində uşaqları maraqlı, musiqili-əyləncəli proqram ilə sevindirəcək.
Sarayın mətbuat xidmətindən bildirilib ki, Novruz bayramı münasibətilə 22-23 mart tarixində möhtəşəm bayram konserti keçiriləcək. Hər il olduğu kimi, Novruzun personajları Kosa və Keçəl, Bahar qız şənliyin əsas simaları olacaqlar. Bayramın qəhrəmanları uşaqlara Novruz, baharın gəlişi, çərşənbələr və digər adət-ənənələr haqda məlumat verəcək, müxtəlif oyunlar keçirəcəklər.
Bundan əlavə, uşaqlar Keçəl və Kosanın məzəli deyişmələrindən ibarət səhnəcikləri, rəqs kollektivlərinin ifasında milli və müasir rəqsləri, illüziya şousunu və musiqili qonaqların çıxışını izləyə biləcəklər. Biletləri şəhərin kassalarından əldə etmək olar.