Aprelin 16-da Heydər Əliyev Sarayında tanınmış və istedadlı gənc caz ifaçıları konsert proqramı təqdim edəcək.
Sarayın mətbuat xidmətindən bildirilib ki, “jAzzeri Bands” caz musiqisi axşamında Əməkdar artist Rəşad Haşımovun rəhbərliyi ilə “Rast” qrupu, Elçin Şirinov (piano), həmçinin Vlada Axundova, Rilaya, Leyla Kafari və onların qrupları, Aysel Məmmədova (piano) və “Jazzer Band” iştirak edəcəklər.
Azərbaycanda və dünyanın müxtəlif ölkələrində keçirilmiş festival və müsabiqələrin iştirakçısı olan ifaçılar konsertdə milli caz kompozisiyaları ilə yanaşı, dünyaca məşhur caz ustalarının əsərlərini səsləndirəcəklər.