İspaniyanın Kraliça Sofiya adına Ali Musiqi Məktəbində təhsil alan istedadlı violin ifaçısı, Prezident təqaüdçüsü Kamran Ömərli nüfuzlu beynəlxalq müsabiqələrə hazırlaşması ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 2-10 aprel tarixində İsveçrənin İnterlaken şəhərində dünya şöhrətli professor Zahar Bronun ustad dərslərində iştirak edəcək.
Kamran Ömərli bir çox respublika və beynəlxalq festival və müsabiqələrdə uğurla iştirak edib, o cümlədən beynəlxalq kvartetlər müsabiqəsinin (İspaniya, 2014) və “Gənc virtuozlar” XI beynəlxalq müsabiqəsinin (Bolqarıstan, 2015) laureatıdır.