Mühazirə və konsert proqramı
Martın 17-də Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində “Multikulturalizm həyat tərzi kimi” mövzusunda konsert təşkil olunub. Tədbir 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi ilə əlaqədar təşkil edilib. İki hissədən ibarət konsertdən əvvəl məktəbin müəllimi Lalə Sinkeviçin multikulturalizm barədə mühazirəsi dinlənilib. Konsertdə məktəbin müəllim və şagirdlərindən ibarət kamera orkestri, həmçinin ayrı-ayrı şagirdlərin solo çıxışları olub. Gecədə Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.