Rusiya Federasiyası Başqırdıstan Respublikasının Xalq Yaradıcılıq Mərkəzinin təşəbbüsü ilə 17-19 may tarixində Ufa şəhərində “Ural mono” türk gəncliyin müsabiqə-festivalı keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə festivalda Prezident təqaüdçüləri Mədinə Şahgəldiyeva (kamança), Aygül Həsənova (kanon) və konsertmeyster qismində Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin müəllimi Sevinc Kərimova iştirak edəcəklər.
Mədinə Şahgəldiyeva və Aygül Həsənova respublika müsabiqələrinin laureatlarıdır. V.Spivakov Beynəlxalq Xeyriyyə Fondu tərəfindən keçirilən “Moskva dostlarını qarşılayır” beynəlxalq festivallarında M.Şahgəldiyeva 2009-cu ildə, A.Həsənova isə 2011-ci ildə uğurla iştirak edib.