Respublika elmi-ifaçılıq müsabiqəsi

Aprelin 4-dən 18-dək Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Qara Qarayev adına “Təhlil və ifa edir gənc musiqiçilər” adlı üçüncü respublika elmi-ifaçılıq müsabiqəsi keçiriləcək.
Akademiyadan bildirilib ki, müsabiqə fortepiano, vokal, violin, nəfəs, zərb və xalq çalğı alətləri üzrə təşkil olunacaq. Sonda qaliblər mükafatlandırılacaq və laureatlar konsert proqramı ilə çıxış edəcəklər.