Aprelin 4-də Ankarada 33-cü beynəlxalq musiqi festivalı başlayacaq. Festivala 20 ölkədən 360-a yaxın sənətçi qatılacaq. Festival aprelin 30-dək davam edəcək.
Bağlanış mərasimində dirijor, Xalq artisti Rauf Abdullayevin rəhbərlik etdiyi Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə skripkaçı Toğrul Qəniyev və pianoçu Murad Adıgözəlzadə solist kimi çıxış edəcəklər.