Mayın 10-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında müasir müstəqil Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş konsert proqramı təşkil olunacaq.
Konsert proqramı Əməkdar incəsənət xadimi Tahirə Yaqubovanın bədii rəhbərliyi ilə keçiriləcək. Konsertdə Azərbaycan və xarici bəstəkarların əsərləri səsləndiriləcək.