Mayın 5-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə ilə görüş keçirilib.
Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova, sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Jalə Qulamova bəstəkarın həyat və yaradıcılığı barədə danışıblar. Qeyd edilib ki, Firəngiz Əlizadə Azərbaycan musiqisinin inkişafına böyük töhfələr verib, ölkəmizi dünyada tanıdıb, bir sıra nüfuzlu mükafatların laureatı, ölkəmizdə keçirilən bir çox beynəlxalq festivalların, möhtəşəm konsert proqramlarının bədii rəhbəridir. Bəstəkar eyni zamanda istedadlı musiqiçilərin bir neçə nəslini yetişdirən gözəl müəllimdir. Sonra Firəngiz Əlizadənin həyatı və zəngin yaradıcılığından bəhs edən sənədli film nümayiş etdirilib.