Mayın 6-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilən konsert proqramı təşkil olunub.
Konsert Xalq artisti Rauf Abdullayevin bədii rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Milli Konservatoriyası tərkibində Musiqi Kollecinin tələbələri çıxış edib. Proqramda Niyazinin “Arzu”, K.Veberin “Konsertino”, G.Perqolezinin “Simfoniya”, H.Xanməmmədovun “Konsert №2”, Frederik Şopenin “1 №-li konsert”i səsləndirilib.