Özbəkistan Dövlət Konservatoriyasında “Sənət qönçələri” adlı nəfəs və zərb alətləri beynəlxalq festivalı keçirilir. Müsabiqəyə Almaniya, Yaponiya, Rusiya, Ukrayna, Qazaxıstan, Özbəkistan və digər ölkələrdən 164 ifaçı qatılıb.
Beynəlxalq yarışmada Bakıdakı Mstislav Rastropoviç adına 21 saylı uşaq musiqi məktəbinin şagirdləri Kamran Talıblı (fleyta), Asəf Mayılov (truba) və Vüqar İbadov (klarnet) də iştirak edirlər.
Özbəkistan Təhsil Nazirliyi, Mədəniyyət və İdman İşləri Nazirliyi, Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən müsabiqə mayın 14-də başa çatacaq.