ABŞ-ın “Kronos” kvarteti yeni dünya turuna start verib. Dünyanın məşhur bəstəkarlarının əsərlərindən ibarət turnenin repertuarında Azərbaycan bəstəkarı Firəngiz Əlizadənin “Rəqs” əsəri də yer alıb.
Xatırladaq ki, bu il fevralın 4-də San-Fransiskoda “Kronos” kvartetinin ifasında bu əsərin premyerası olub. F.Əlizadənin əsəri sonradan Kanadanın bir sıra şəhərlərində ifa olunub. İndi isə Amsterdam, Malyorka, Krakov, Paris, Bratislava, Pekin, Şanxay və Avropa ilə Asiyanın digər şəhərlərində müasir musiqi pərəstişkarlarına təqdim olunacaq.