Sentyabrın 18-də Üzeyir Hacıbəylinin ev-muzeyində Ceyhun bəy Hacıbəylinin mühacirət həyatından bəhs edən “Qürbətdən gələn səslər” adlı kitabın təqdimat mərasimi keçiriləcək. Təqdimat Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində baş tutacaq.
Kitab Üzeyir bəyin kiçik qardaşı Ceyhun bəy Hacıbəylinin Azərbaycan Respublikası Dövlət Ədəbiyyat və İncəsənət Arxivində mühafizə edilən arxiv sənədlərindən, məktublardan, epistolyar yazılarından və digər mənbələrdən olan sənədlərdən istifadə edilməklə hazırlanıb. Nəşr arxivin direktor müavini, tərcüməçi-jurnalist Aslan Kənanın böyük zəhməti ilə ərsəyə gəlib. Kitab “Ceyhun bəy Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq hazırlanıb.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar