Sentyabrın 7-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində “Musiqi sülhə səsləyir” adlı tədbir təşkil olunacaq. 21 sentyabr - Beynəlxalq Sülh Günü münasibətilə keçirilən “Sülh aylığı” çərçivəsində baş tutacaq tədbirin qonağı Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Milli Konservatoriyanın və Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi Cəlal Abbasovdur.
Bəstəkar sülh mövzusunda yazdığı əsərləri və gələcək yaradıcılıq planları barədə söhbət açacaq. Tədbirdə C.Abbasovun BMT-nin mükafatına layiq görülmüş “İf İ could see you again...” adlı IV simfoniyasının videoyazısı və “Sülhün səsi” adlı III simfoniyasından videofraqment nümayiş olunacaq, müxtəlif musiqi nömrələri səsləndiriləcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar