İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Milli Kitabxanalarının Direktorları Şurasının II Konfransı öz işini başa vurdu
   
   Aprelin 20-də M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında «İslam mədəniyyəti kitab səhifələrində» Beynəlxalq Kitab Sərgisinin açılış mərasimi oldu. Sərgidə hər bir ölkənin milli kitabxanalarının fondlarından 50 kitab nümayiş olunurdu. Kitabların əksəriyyəti sərgidən sonra Azərbaycan Milli Kitabxanasına hədiyyə olundu. Sərgidə 9 ölkədə nəşr edilmiş 500-dən çox kitab nümayiş etdirilirdi.
 
  
   Sərginin açılışında çıxış edən Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov qonaqları salamladıqdan sonra sözü mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə verdi. Nazir təşkil olunan sərgini yüksək qiymətləndirərək bildirdi ki, bu tip tədbirlər İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlər arasında mədəni əlaqələrin genişlənməsinə təkan verir. O həmçinin qeyd etdi ki, dünyada kitaba, elmə maraq getdikcə artır. Nazir Azərbaycan mədəniyyətinin dünyada təbliği və inkişafı istiqamətində dövlət başçısı İlham Əliyevin apardığı siyasətdən və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın gördüyü işlərdən söz açdı.
   Əbülfəs Qarayev qonaqların ölkələrinə qayıtdıqdan sonra Bakını kitab, mədəniyyət mərkəzi kimi ürəklərində saxlayacaqlarına əmin olduğunu vurğuladı.
   Nazir çıxışının sonunda iştirakçıları sərgi və keçiriləcək konfransla bağlı təbrik etdi və onlara işlərində uğurlar arzuladı. Sonra söz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv Ölkələrin Milli Kitabxanalarının Direktorlar Şurasının prezidenti Əli Əkbər Aşariyə verildi. O da öz növbəsində iştirakçıları salamlayaraq, bu sahədə həyata keçiriləcək işlərin vacibliyini qeyd etdi.
   Tədbirdə iştirak edən akademik Vasim Məmmədəliyev isə Azərbaycan mədəniyyətinin islam mədəniyyətində xüsusi rolu olduğunu bildirdi. Onun sözlərinə görə, İslam mədəniyyətində və təbliğində onlarla Azərbaycan aliminin xidmətləri olmuşdur. V.Məmmədəliyev vurğuladı ki, Bakının İslam mədəniyyətinin paytaxtı seçilməsi heç də təsadüfi deyil.
   Sərgidən sonra Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası tərəfindən «Bakı-İslam Mədəniyyətinin Paytaxtı-2009» tədbirlər çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatına (EKO) üzv ölkələrin Milli Kitabxanalarının Direktorları Şurasının II Konfransı keçirildi.
   Konfransın məqsədi qloballaşan dünyada informasiya cəmiyyətinin tələblərinə uyğun olaraq, milli kitabxanaların öz işlərini qurması, problemlərin müzakirəsi və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi idi.
   Azərbaycan, Türkiyə, İran, Qazaxıstan, Pakistan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkmənistanın milli kitabxanalarının direktorları və işçilərinin birgə iştirak etdiyi konfransda kitabxanaların əlaqələrinin intensivləşdirilməsi üçün müzakirələr aparıldı. Konfransda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin kitabxanalarının birgə elektron mərkəzinin yaradılması da müzakirə edildi.
   
   A.Nərmin







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar