Azərbaycanda rəsmi səfərdə olan Latviya Prezidenti Valdis Zatlersin xanımı Lilita Zatlereyə avqustun 10-da Beynəlxalq Muğam Mərkəzində olub.
   Mərkəz ilə yaxından tanış olan xanım Lilita Zatlere Azərbaycanın görkəmli muğam ifaçıları və musiqi alətləri barədə ətraflı məlumatlar verilib.
   Latviya Prezidentinin xanımı beynəlxalq muğam müsabiqəsinin laureatı Vəfa Orucovanın ifasında Azərbaycan muğamlarını dinləyib.
   Sonra hörmətli qonağa Heydər Əliyev Fondunun təşəbbüsü ilə çap edilmiş “Qarabağ xanəndələri” albomu, “Azərbaycan musiqi alətləri” kitabı və Bakıda keçirilmiş “Muğam aləmi” Beynəlxalq festivalının diskləri təqdim edilib.
   Xanım Lilita Zatlere də öz növbəsində Beynəlxalq Muğam Mərkəzinə “Latviya klassik musiqi albomu”nu və bu ölkədə 4 ildən bir keçirilən beynəlxalq musiqi festivalının diskini hədiyyə edib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar