Azərbaycanla Koreya arasında imzalanan mübadilə proqramına əsasən koreyalı gənclərdən ibarət nümayəndə heyəti Azərbaycana səfərə gəlib. Avqustun 22-dək davam edəcək səfər çərçivəsində qonaqlar Azərbaycanın tarixi, mədəniyyəti, dini, təbiəti, adət ənənələri, turizmi, milli mətbəxi ilə yaxından tanış olmaq imkanı əldə edəcək, Xaçmaz, Quba rayonlarında səfərdə olacaq, bir sıra idman müəssisələrində, gənclər təşkilatlarında, ali məktəblərdə görüşlər keçirəcəklər.
   Qeyd edək ki, Azərbaycan prezidentinin 2007-ci il 21 iyun tarixli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Koreya Respublikasının Milli Gənclər Komissiyası arasında gənclər sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumuna əsasən zəruri tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Təsdiq edilmiş sənədə əsasən artıq ikinci ildir ki, gənclər mübadiləsi həyata keçirilir.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar