Türkiyədə Muğla əyalətinin Fətiyyə rayonunda Türk Dünyası Gənclik Topluluğu tərəfindən təşkil olunan “VI Gənclik buluşması” keçirilir. Azərbaycan, Qazaxıstan, Krım, Özbəkistan, Şərqi Türküstan, Bolqarıstan, İraq, Suriya, İran, Əfqanıstan, Monqolustan, Makedoniya, Yunanıstan, Fransa, Türkmənistan, Qırğızıstan və Türkiyəni təmsil edən 160 gəncin iştirak etdiyi görüş 5 gün davam edəcək.
   Türk Dünyası Gənclik Topluluğu təşkilatının rəhbəri Sedat Adakan mətbuata aşağıdakıları bildirib: “Bu gün türk dünyası gəncləri türk dünyasının birlik və bərabərliyi üçün üzərlərinə düşən vəzifəni yerinə yetirməyə çalışırlar. Nə zaman ki, türk dünyasının birlik və bərabərliyi zəifləyib, o zaman da o, digər millətlərin zülmünə məruz qalıb. Şərqi Türküstanda, Qarabağda yaxın zamanlarda yaşananlar buna bir örnəkdir. 20-30 il sonranın liderləri bu gənc kadrlar arasından çıxacaq. Keçirdiyimiz görüşlər, toplantılar türklüyün birlik və bərabərliyinə dəstək olaraq anlaşılmalıdır. Şərqi Türküstandan Şərqi Avropaya qədər türk gəncliyi olaraq birlik, bərabərlik, barış və paylaşmaq ruhumuzu ortaya qoymalıyıq. Millətimizin gözlədiyi lideri mütləq yetişdirəcəyik”.
   Bu görüşdə türk mədəniyyətinin dünya mədəniyyətinə təsirləri mövzusunda xüsusi müzakirə açıldı və iştirak edən gənclər mövzu ətrafında fəal fikir mübadiləsi apardılar. Sonda yekun sənəd hazırlandı. Bütün ölkələrdən gələn təmsilçilər Fəthiyyənin mərkəzində yürüş keçirdi, Yörük çadırında birlikdə qəhvəaltı etdilər və türk xalqlarının musiqisinin sədaları altında rəqs etdilər. Fəthiyyə bələdiyyəsi mədəniyyət mərkəzinin qarşısında açılan və türk xalqlarının mədəni dəyərlərinin təqdim edildiyi mərasimə yerli sakinlər və xarici turistlər də maraq göstərdi. Bu arada mədəniyyət mərkəzində keçirilən Türk Dünyası Gənclik Topluluğunun üzvləri ilə bərabər tamaşaçılar da əyləndilər. Türk Dünyası Gənclik Topluluğu tərəfindən açıqlanan yekun sənəddə öz əksini tapmış “Böyük türk coğrafiyasında yaşayan 300 milyon türkün insan haqlarına söykənən, sülh və öz hüquqlarından istifadə haqqına sahib bir şəkildə yaşamasının ən təbii haqqı olduğu” vurğulanaraq, türk millətinin fərqli məkanlarda uğradığı zülmə son qoymaq üçün türk gəncliyinin üzərinə düşəni edəcəyi ifadə olundu.
  
   Əhməd Tüzün







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar