Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən verilən xəbərə görə, Azərbaycan milli mədəniyyət nümunələri Danimarkada keçirilən festivalda nümayiş edilib. Danimarkanın Kuge şəhərində ənənəvi həftə festivalı çərçivəsində ölkənin bütün şəhərlərindən tədbirə gələn qonaqlar Azərbaycan şirniyyatlarından dadaraq öz məmnunluqlarını bildirib və xatirə dəftərinə ürək sözlərini yazıblar. Onlara, həmçinin Azərbaycanın tarixi, ədəbiyyatı, iqtisadiyyatı, coğrafiyası haqqında bilgilər verilib.