Bu əməkdaşlıq 2009-2012-ci illəri əhatə edəcək
   
   Xəbər verdiyimiz kimi, Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 5-6-da Avstriyada səfərdə olub.
   Nümayəndə heyəti səfərin ilk günü Krems şəhərində İMC Krems Tətbiqi Elmlər Universitetinin yaradılmasının 15 illiyi münasibətilə keçirilən təntənəli yubiley mərasimində iştirak edib.
   Oktyabrın 6-da isə Vyanada Əbülfəs Qarayev Avstriyanın Təhsil, İncəsənət və Mədəniyyət üzrə federal naziri Klaudia Şmidtlə görüşüb. Görüşdə iki ölkə arasında mədəniyyət əlaqələrinin tarixi, hazırkı vəziyyəti və gələcək imkanlar barəsində fikir mübadiləsi aparılıb. 2009-cu ildə Avstriyanın Lints şəhəri Avropanın mədəniyyət paytaxtı və Azərbaycanın Bakı şəhəri İslam mədəniyyətinin paytaxtı elan edilməsi bu sahədə qarşılıqlı təcrübə mübadiləsinə geniş imkanlar açır.
   Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Avstriya Respublikasının Təhsil, İncəsənət və Mədəniyyət üzrə Federal Nazirliyi arasında mədəniyyət və incəsənət sahələrində 2009-2012-ci illəri əhatə edən əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Sənədi Əbülfəs Qarayev və Klaudia Şmidt imzalayıblar.
   Memorandumda növbəti illərdə iki ölkə arasında mədəniyyət və incəsənət sahəsində əlaqələri dərinləşdirmək, muzeylər, ictimai-kütləvi kitabxanalar arasında təcrübə mübadiləsi aparmaq, incəsənət xadimləri və ekspertlər arasında təlim kursları keçirmək, hər iki ölkədəki mədəniyyət tədbirlərini təşviq etmək və informasiya mübadiləsi aparmaq barədə müddəalar öz əksini tapıb.
   Görüşdə Azərbaycanın Avstriyadakı səfiri Fuad İsmayılov, Avstriyanın ölkəmizdəki səfiri Marius Kalliqaris, Xarici İşlər Nazirliyinin mədəniyyət siyasəti departamentinin baş direktoru Emil Briks, Təhsil, İncəsənət və Mədəniyyət üzrə Federal Nazirliyin xarici ölkələrlə ikitərəfli və çoxtərəfli mədəni əlaqələr və Avropa İttifaqı ilə mədəni əlaqələr şöbələrinin rəhbəri Norbert Ridl iştirak ediblər.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar