18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi günü münasibətilə Ukraynanın Kiyev və Donetsk şəhərlərinin Dövlət Akademik Opera və Balet teatrlarında konsert təşkil ediləcək.
   Tədbir Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycanın Ukraynadakı səfirliyinin və Azərbaycan-Ukrayna Konqresinin təşkilatçılığı ilə keçiriləcək.
   Azərbaycan və Ukrayna mədəni əlaqələrinin tarixində ilk dəfə təşkil olunacaq konsertləri dirijorlar - beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Əyyub Quliyev, Ukraynanın əməkdar incəsənət xadimləri Vasili Vasilenko və German Makarenko idarə edəcəklər.