Tarix və mədəniyyət sərvətlərimizin qorunması, bərpa olunması günümüzün aktual məsələləri sırasındadır. Mədəniyyət ocaqlarının təmir olunması, müasir standartlara cavab verməsi təbii ki, mədəniyyətin, təhsilin inkişafına yüksək təsirini göstərir və bu mühüm dövlət əhəmiyyətli iş ölkə başçımızın daim diqqət və nəzarətindədir.
   
   Bugünlərdə Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün inşa edilən yeni binada tikinti işlərinin gedişi ilə tanış olublar.
   Dənizkənarı Milli Parkın ərazisində inşa edilən yeni binanın təməli ötən ilin mayında qoyulmuşdur. Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və YUNESKO-nun birgə layihəsi əsasında inşa olunan muzey binası ilk növbədə milli memarlıq ənənələrinə görə fərqlənəcək.
   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev muzeyin memarlıq quruluşunun çox qeyri-adi, orijinal bir forma da - “bükülmüş xalça” görkəmində olacağı barədə məlumat verib. Muzeyin inşasında məhz bu tikili üçün hazırlanan xüsusi avadanlıqdan istifadə olunur. Binanın ətrafında yaşıllaşdırma işləri aparılacaq, muzey kompleksi yaradılacaq.
   Dövlətimizin başçısı burada “Venesiya şəhərciyi” adlanan ərazinin abadlaşdırılmasının vacibliyini bildirib.
   Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva muzeyin maketi ilə tanış olub, binanın layihəsinə baxıblar.
   Binanın birinci mərtəbəsində qədim xalça və digər əşyaların yaşını müəyyən etmək üçün laboratoriya, xalçaların bərpası otaqları, ikinci mərtəbədə mərasimlər və audiovizual təqdimatlar salonu, xalça toxunan otaq, üçüncü mərtəbədə isə açıq və bağlı sərgi salonları olacaq. Eksponatların saxlanması üçün xüsusi yerlər, mərkəzi anbar da fəaliyyət göstərəcək. Muzeydə 200 nəfər çalışacaq.
   Prezident İlham Əliyevə və xanımına binanın fasadında istifadə olunacaq materialları göstərən mütəxəssislər vurğuladılar ki, bu muzey istifadəyə verildikdən sonra Bakının memarlıq ansamblına xüsusi gözəllik bəxş edəcək.
    Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olublar. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev burada yenidənqurma işlərinin gedişi ilə maraqlanan Prezident İlham Əliyev məlumat verərkən bildirib ki, binanın fasadında yenidənqurma işlərinin böyük qismi görülüb və ətraf binalarda da yenidənqurma işləri aparılıb.
   Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva teatr binasının əvvəlki vəziyyətini, yenidənqurma işlərinin gedişini və onun hazır olandan sonrakı vəziyyətini əks etdirən şəkillərə baxıblar.
   Məlumat üçün bildirək ki, dövlətimizin başçısının “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il 19 fevral tarixli Sərəncamına əsasən binada əsaslı yenidənqurma işlərinə keçən ilin noyabrında başlanıb. Ötən əsrin ortalarında istifadəyə verilmiş binada müxtəlif vaxtlarda orijinal layihəyə uyğun olmayan yenidənqurma və təmir işləri aparılıb. Hazırkı yenidənqurma işlərinin əsas özəlliyi də teatr binasının orijinal vəziyyətinin bərpa olunmasıdır.
   Prezident İlham Əliyev tamaşa salonunda aparılan yenidənqurma işləri ilə də maraqlanıb.
   Prezidentə əvvəllər 590 nəfərlik tamaşa salonunda yenidənqurmadan sonra yerlərin sayının 650-ə çatdırılacağı barədə məlumat verilib. Hazırda səhnədə mexanikləşdirmə işləri gedir, burada ən müasir işıq və səs sistemləri quraşdırılır. Bu avadanlıq teatrın müasir standartlara uyğun kompyuterləşdirilməsi üçün nəzərdə tutulub. Bundan əlavə, teatr binasındakı 150 yerlik kiçik salonda da son tamamlama işləri gedir. Bu salonda gənc rejissorların hazırladıqları eksperimental və monotamaşalar nümayiş etdiriləcək, mədəniyyət sahəsinə aid digər tədbirlər keçiriləcək.
   Dövlətimizin başçısı yenidənqurmadan sonra teatrın ən müasir standartlar səviyyəsində olmasının zəruriliyini bildirib, müvafiq tapşırıqlarını verib.
   
   “Mədəniyyət”






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar