Azərbaycanla Litva arasında müştərək mədəni layihə gerçəkləşib. Bu barədə litvalı prodüser Edmuntas Costas məlumat verib. Öz həmkarları ilə "Bakı - İslam Mədəniyyətinin Paytaxtı - 2009" Mədəniyyət İlinin bağlanış mərasimində iştirak etmək üçün ölkəmizə gəlmiş Costasın sözlərinə görə, bu il Vilnüs Avropa mədəniyyətinin, Bakı isə İslam Mədəniyyətinin Paytaxtı elan edildiyindən, iki ölkənin birgə rəqs və mahnı festivalının keçirilməsi qərara alınıb. Layihəyə görə, biri Bakıda, digəri Vilnüsdə olmaqla, iki konsert təşkil olunacaq.
   Turan