Bildiyimiz kimi, 2008-ci ildən ölkəmiz «Eurovision» beynəlxalq mahnı müsabiqəsində iştirak edir. Qısa zaman kəsiyində ölkəmiz çox böyük nailiyyətlər əldə etmiş, 2008-ci ildə 8-ci, 2009-cu ildə isə 3-cü yerə layiq görülmüşdür.
   Heydər Əliyev Fondu və Gənclər və İdman Nazirliyinin dəstəyilə Azərbaycanın İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən həyata keçirilən, milli musiqimizi və bütövlükdə mədəniyyətimizi dünyaya çatdırmaqda mühüm rol oynayan bu layihə getdikcə ölkəmizdə böyük marağa səbəb olur.
   Qeyd edək ki, sözügedən müsabiqədə iştirak etmək üçün İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən ciddi hazırlıq aparılıb, ölkəmizi layiqincə təmsil etmək üçün bir sıra addımlar atılıb.
   İTV-nin nümayəndəsi Adil Kərimlinin sözlərinə görə, artıq İctimai Televiziya tərəfindən bir neçə seçim turu keçirilib: «Bu turlarda iştirak edən 30-dan artıq gənc ifaçının videoyazıları yerli və xarici mütəxəssislər tərəfindən qiymətləndirilib. Belə bir nəticəyə gəldik ki, yarımfinal mərhələdə final üçün iştirakçılar seçilsin».
   A.Kərimli onu da bildirdi ki, yarımfinal mərhələdə Azad Şabanov, “Milk&Kissea” qrupu, Məryəm Şabanova, Səfurə Əlizadə, Elli, Ülviyyə Rəhimova iştirak edəcəklər.
   Bu mərhələ televiziya və internet vasitəsilə yayımlanacaq. Yarımfinal mərhələ fevralın 2-də şəhərimizin möhtəşəm saraylarından birində- “Buta Palas”da keçiriləcək. Seçim tam olaraq «Eurovision» formatı ilə gerçəkləşəcək. İştirakçılara mahnı ifa etmək üçün cəmi 3 dəqiqə vaxt veriləcək və səhnədə maksimum altı nəfər olacaq.
   İctimai Televiziyanın «Eurovision» müsabiqəsinin pərəstişkarlarına bir sürprizi də var. Belə ki, yarımfinal mərhələdə gənclərimizə dəstək olmaq üçün 2004 «Eurovision» beynəlxalq mahnı müsabiqəsinin qalibi Ruslana və 2009 «Eurovision» beynəlxalq mahnı müsabiqəsinin təmsilçisi Aysel də iştirak edəcəklər.    

Mehparə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar