Əbülfəs Qarayev: “Bu istiqamətdə danışıqlar aparılacaq”
   
   “İstanbulun Avropa mədəniyyətinin paytaxtı adını daşıması üçün 4 il öncə təklif verilib. Artıq yanvarın 16-da proqramın icrasına başlanılacaq. İstanbulun təşkilat komitəsi işini davam etdirir. Bakının Avropa mədəniyyətinin paytaxtı olması təklifimizin həyata keçməsi üçün azı 4 il gözləməliyik”. Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında deyib. Nazir bildirib ki, İslam mədəniyyətinin paytaxtı olmağımız sübut etdi ki, belə tədbirləri həyat keçirməyə qadirik: «Bakının mədəniyyətlərarası dialoq paytaxtı elan olunması üçün hazırlıq işləri görürük. İSESKO və YUNESKO ilə fikir mübadiləsi və lazımi sənədlərin hazırlanması ilə bağlı işlər görülür. Mütləq irəlidəki illərdə danışıqlar aparacağıq ki, Bakı Avropa mədəniyyətinin paytaxtı olsun”.