Yanvarın 27-də Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi və Beynəlxalq Qızıl Xaç Komitəsinin təşkilatçılığı ilə "Silahlı münaqişə şəraitində mədəni dəyərlərin qorunmasına" həsr olunan konfrans reallaşıb. Konfransda çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev işğal olunan torpaqlarda və Azərbaycandan kənarda saxlanılan maddi-mədəni irsimizin vəziyyətinə daim nəzarət edilməli olduğunu bildirib: "Haaqa Konvensiyası münaqişələr zamanı təhlükəyə məruz qalan abidələrin, maddi və mənəvi sərvətlərin qorunmasına böyük önəm verir. Eyni zamanda bu Konvensiya sülh əldə olunandan sonra milli sərvətlərin qaytarılması və bərpasına xüsusi əhəmiyyət verir. Onun mexanizmləri üzərində bəndlər əks olunur, ona görə bu bəndlərin bizim mütəxəssislər və aidiyyəti dövlət orqanlarının nümayəndələri tərəfindən mənimsənilməsinə zərurət var." Nazir "Silahlı münaqişə şəraitində mədəni dəyərlərin qorunması" kimi beynəlxalq mədəniyyət tədbirlərinin önəmli olduğunu vurğulayıb.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar